Təl-Əvivdən Tehrana nüvə hədəsi: Bölgədə genişmiqyaslı müharibə riski - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"İsrail Livanın cənubundakı bufer zonada öz hərbi mövcudluğunu saxlamaq niyyətindədir və İranın nüvə silahına sahib olmasına imkan verməyəcək".
Bu barədə İsrail hökumətinin başçısı Benyamin Netanyahu bildirib.
"Biz İsrailin şimalındakı sakinləri qorumaq üçün Livanın cənubundakı təhlükəsizlik zonasında lazım olduğu qədər qalacağıq. İsrailin Baş naziri olaraq mən bu məsələdə heç nəyin dəyişməyəcəyi ilə bağlı qəti mövqe tuturam", – deyə Netanyahu qeyd edib.
O həmçinin vurğulayıb ki, diplomatik cəbhədəki hadisələrdən asılı olmayaraq, İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.
Bu arada, "Hizbullah" qruplaşması Livan hökumətini İsraillə danışıqlara son verməyə çağırıb. Bununla bağlı yayılan bəyanatda Livanın hakimiyyətinin Vaşinqtondakı birbaşa danışıqları
"ABŞ hökumətinin diktələrinə boyun əymək" və "ölkənin suverenliyini qəsb etmək" kimi qiymətləndirilib. "Bu kompromisli danışıqlardan heç bir halda xeyir və fayda gözləmək olmaz. Çünki onun mənşəyi səhv və şübhəlidir, məqsədi isə diktələrə boyun əymək və təslim olmaqdır", – deyə bəyanatda bildirilib.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
