Tramp ABŞ-nin hərbçi göndərməyəcəyini bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri Qəzza zolağına Fələstin radikal qruplaşmalarının atəşinə cavab olaraq yeni zərbələr endirməyə başlayıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu, İsrail tərəfinin əvvəllər HƏMAS hərəkatının atəşkəs rejimini kobud şəkildə pozmasına cavab olaraq həyata keçirilir.
Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirmişdi ki, Amerika tərəfində HƏMAS-ın atəşkəs rejimini pozacağına dair etibarlı məlumatlar var.
Öz növbəsində, HƏMAS atəşkəsi pozmadığını və Qəzza zolağının cənubundakı Rəfah şəhərində baş verən toqquşmalarla əlaqəsinin olmadığını bəyan edib.
İsrailin Baş naziri Benyamin Netanyahu anklavın cənubunda baş verən atışma hadisəsindən sonra orduya Qəzzada radikallara qarşı qəti addımlar atmağı əmr edib.
Bu arada, ABŞ Qəzza sektoruna hərbçilər göndərməyəcək. Bunu ABŞ lideri Donald Tramp "Fox News" televiziya kanalına müsahibəsində deyib. "Bizim hərbçilər orada olmayacaq, bunun üçün heç bir səbəb yoxdur", – deyə Tramp əlavə edib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
