Tramp benzin qiymətlərinin dərhal endirilməsini tələb edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp ölkədə benzin satan şirkətlərdən qiymətləri təcili şəkildə aşağı salmağı tələb edib.
Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri bildirib ki, neftin bir barelinin qiyməti hazırda 68 dollar təşkil edir və azalmağa davam edir. Onun sözlərinə görə, bu şəraitdə benzinin mövcud qiymətləri həddindən artıq yüksəkdir.
"Benzin satıcıları qiymətləri dərhal aşağı salmalıdırlar. Qiymətlər çox yüksəkdir. Bu bəyanata operativ reaksiya verilməlidir", – deyə Tramp vurğulayıb.
O əlavə edib ki, qiymətlərin süni şəkildə artırılmasına yol verilməyəcək və bu, qanunsuz hesab olunur.
"Əgər bunu etməsələr, böyük problemlərlə üzləşəcəklər", – ABŞ Prezidenti qeyd edib.
Trampın fikrincə, ABŞ-də benzinin qiyməti bir qallon (3,785 litr) üçün təxminən 2,50 dollar olmalıdır. O həmçinin Kaliforniya ştatının hakimiyyətini yanacaq vergilərini azaltmağa çağırıb.
Qeyd edək ki, Tramp ötən həftə də ölkədə benzin qiymətlərinin nəzərəçarpacaq dərəcədə ucuzlaşmaması ilə bağlı araşdırma aparılacağını açıqlamışdı. O, yoxlamaların "Exxon Mobil", "Chevron", "Shell" və "BP" şirkətlərini əhatə edəcəyini bildirmişdi.
#ABŞ teqi istifadə olunub
- Atəşkəs razılaşmasına beynəlxalq nəzarət variantı müzakirə olunur
- Rubio: "Qələbə onların nüvə silahına sahib olmamasını təmin etməkdir"
- 130-dan çox sərnişinin olduğu gəmi dəhşətli qəzaya uğradı - Baku TV
- "Mossad" rəhbəri ABŞ-də danışıqlar aparır
- Tramp İranla razılaşma ehtimalını kənara qoydu | Meksikaya yeni şərt irəli sürdü - Baku TV CANLI
