Tramp helikopterin vurulmasına görə İranı hədələdi - Baku TV
ABŞ-nin Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan “Apache” zərbə helikopterinin iki pilotunun xilas edilməsi üzrə əməliyyat dəniz dronunun köməyi ilə həyata keçirilib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından bildirilib.
Məlumata görə, hadisə zamanı helikopter regional sularda patrul xidməti həyata keçirirdi. Həmçinin əməliyyatın iki saat davam etdiyi qeyd olunub.
Bu arada, ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında hadisə ilə bağlı məlumat paylaşıb. Onun sözlərinə görə İran Hörmüz boğazı üzərində patrul xidməti həyata keçirən ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurub.
“Mənə məlumat verildi ki, iranlılar Hörmüz boğazı üzərində patrul xidməti aparan yüksək texnologiyalı “Apache” helikopterlərimizdən birini vurublar. Helikopterdə iki pilot olub və onların hər ikisi sağdır, xəsarət almayıblar. Bununla belə, ABŞ bu hücuma mütləq cavab verməlidir”, – deyə Tramp bildirib.
#ABŞ Silahlı Qüvvələri teqi istifadə olunub
- Hörmüzdəki gərginlik gəmi marşrutlarına belə təsir etdi - Baku TV
- İran edilən hücuma qarşılıq verərsə, reaksiyamız güclü olacaq | Trampdan sərt xəbərdarlıq- Baku TV
- CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb
- ABŞ qüvvələri Hörmüz boğazında hərbi əməliyyata start verib - Baku TV
- ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazı ilə bağlı iddiasını rədd etdi - 24 SAAT
