Pleyeri seçin:

Tramp Panama kanalı üzərində ABŞ-nin nəzarətini bərpa etmək istəyir

02 iyul 2026 297 baxış

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton administrasiyası Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcək.

Tramp bu barədə Şimali Dakota ştatında çıxışı zamanı danışıb.

“İndi isə Çin Panama kanalına nəzarəti ələ keçirməyə çalışır. Biz buna imkan verməyəcəyik”, – deyə ABŞ lideri bildirib.

Tramp çıxışında ABŞ-nin vaxtilə kanalı Panamaya verməsindən də narazılığını ifadə edib. O qeyd edib ki, bu qərar nəticəsində Panama böyük gəlir əldə edib.

“Bu, indiyədək inşa etdiyimiz ən bahalı layihələrdən biri idi. Eyni zamanda ən gəlirli layihələrdən sayılırdı”, – deyə o vurğulayıb.

ABŞ Prezidenti daha əvvəl də Panama kanalı üzərində Amerikanın nəzarətinin bərpa olunmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Çinin bu strateji su yolunda kommersiya mövcudluğu ABŞ-nin təhlükəsizlik və ticarət maraqları üçün risk yaradır.

Qeyd edək ki, 1914-cü ildə istismara verilən Panama kanalı ABŞ tərəfindən tikilib və uzun müddət Vaşinqtonun nəzarətində olub. 1977-ci ildə imzalanan Torrixos-Karter müqaviləsinə əsasən kanalın idarəçiliyi mərhələli şəkildə Panamaya təhvil verilib və bu proses 1999-cu ildə başa çatıb. Müqavilə kanalın neytral statusunu və beynəlxalq ticarət üçün açıq qalmasını nəzərdə tutur.

Banner
Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM

Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM

Dünya
23 oktyabr 2026 297 baxış
Ukrayna sülh sazişi üçün ərazi güzəştlərinə getməli olacaqmı? - Baku TV

Ukrayna sülh sazişi üçün ərazi güzəştlərinə getməli olacaqmı? - Baku TV

Dünya
23 oktyabr 2026 297 baxış
İnsan haqları, yoxsa siyasi maraqlar?

İnsan haqları, yoxsa siyasi maraqlar?

Dünya
23 oktyabr 2026 297 baxış
Sülh yolunda əsas maneə: Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək? - Baku TV CANLI

Sülh yolunda əsas maneə: Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək? - Baku TV CANLI

Dünya
23 oktyabr 2026 297 baxış
Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV

Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV

Dünya
23 oktyabr 2026 297 baxış
Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI

Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI

Dünya
23 oktyabr 2026 297 baxış
Rusiya tərəfi Ukraynaya 252 meyitin təhvil verildiyini bildirib və Kiyevin itkilərinə dair yeni rəqəmlər paylayıb

Rusiya tərəfi Ukraynaya 252 meyitin təhvil verildiyini bildirib və Kiyevin itkilərinə dair yeni rəqəmlər paylayıb

Dünya
23 oktyabr 2026 297 baxış
Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir

Tramp ilə Mask arasında məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı zəng iddiası gündəmdədir

Dünya
23 oktyabr 2026 297 baxış
Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir

Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir

Dünya
23 oktyabr 2026 297 baxış
Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib

Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib

Dünya
23 oktyabr 2026 297 baxış
Seçilmişlər
icon