Tramp Türkiyəyə getməsə, Putin də getməyəcək? | Ağ Ev rəhbərindən vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə İstanbulda görüş ehtimalını istisna etməyib.
O bu görüşün Rusiya və Ukrayna arasında münaqişənin həllinə töhfə verəcəyi təqdirdə Türkiyəyə səfər etməyə hazır olduğunu bildirib.
Xarici KİV-in məlumatına görə, D.Tramp bu barədə Qətərə gedərkən "Air Force One" təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
"V.Putin mənim orada olmağımı istəyərdi və bu, mümkündür. Mən bilmirəm, əgər orada olmasam, o, orada olacaqmı? Biz bunu öyrənəcəyik", – deyə ABŞ Prezidenti qeyd edib.
D.Tramp mayın 15-də Rusiya və Ukrayna arasında planlaşdırılan danışıqlar günü məşğul olduğunu deyib.
Ağ Ev lideri əlavə edib ki, insan həyatlarını xilas etmək naminə mayın 15-nə nəzərdə tutulan görüşləri təxirə salıb İstanbula gedə bilər.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
