Trampdan növbəti kritik qərar | Lider Aİ və Çini niyə bir tutur?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı ölkələri və ya qoca qitənin ittifaqa üzv olmayan bəzi dövlətləri ilə müxtəlif siyasi və iqtisadi sahədə fikir ayrılıqları var.
O hesab edir ki, Aİ və Çin eynidir – onlar ABŞ-dən istifadə edirlər. Hətta təhdid dili ilə ədalətli olmaqdan danışır.
Donald Tramp təkcə iqtisadi məsələlərdən narahat deyil. O həm də Ukraynaya ayrılan yardımlarla bağlı olaraq bildirib ki, Cozef Bayden hakimiyyəti zamanı ABŞ Ukraynaya 200 milyard dollar verib. Amma Aİ bu qədər pul ödəməyib.
Müqayisə üçün qeyd edək ki, Aİ-nin ali nümayəndəsi Kaya Kallas daha əvvəl “Biz artıq Ukraynaya ümumilikdə 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro ayırmışıq” deyə bildirib.
Həmçinin əlavə edib ki, Avropa ailəsi ABŞ olmadan, təkbaşına da Kiyevi dəstəkləməyə hazırdır. Bunun fonunda o, D.Trampın fikrini də müdafiə edir.
Yeri gəlmişkən, Aİ-yə üzv ölkələrin iqtisadiyyatı Rusiyanın iqtisadiyyatından 17 dəfə böyükdür.
Bəs onlar niyə pulları ola-ola maraqları naminə maliyyənin ayrılmasında bərabərlik prinsipinə sadiq qalmırlar?
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
