Trampdan Putin və Zelenskiyə çağırış | ABŞ Prezidenti Rusiyanın tərəfini tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Moskva və Kiyev arasında Türkiyədə mümkün birbaşa danışıqlar məsələsində Rusiyanı dəstəkləyib.
Bu fikri “Sky News”un analitiki Dominik Vaqorn bildirib.
“Təxminən 30 ölkənin (Avropa) liderləri ilkin şərt olmadan 30 günlük atəşkəs üçün ultimatum verdikdə D.Trampın onları dəstəkləyəcəyini düşünürdülər, amma ABŞ Prezidenti son nəticədə Rusiya liderinin tərəfini seçdi”, – D.Vaqorn deyib.
Amerikalı analitikin iddiasına görə, Avropa artıq ABŞ-nin Rusiyaya təzyiq edəcəyinə arxalana bilməz və bu səbəbdən təkbaşına hərəkət etməli olacaq.
Mayın 11-də D.Tramp Ukrayna və Rusiyanı mayın 15-də Türkiyədə birbaşa danışıqlar aparmağa çağırıb. Həmin gün Vladimir Putin Ukraynaya 2022-ci ildə dayandırdığı birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski buna müsbət cavab verib.
Danışıqların mayın 15-də İstanbulda başlaması təklif edilib.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
