Trampın qəzzalılar barədə müzakirələrə səbəb olan qərarı | Bunu etməməlidirlər, amma...
Yeniliklərdən dərhal xəbərdar olun
“Sizə deyə bilərəm ki, mən Yaxın Şərq ölkələrinin digər liderləri ilə də danışdım və onlar bu ideyanı sevirlər. Deyirlər ki, bu reallaşsa, sabitlik yaranacaq”.
Söhbət Qəzza əhalisinin İordaniya, Misir və s. digər Yaxın Şərq ölkələrinə köçürülməsindən gedir.
ABŞ Prezidenti hesab edir ki, fələstinlilərin Qəzzaya qayıtmağa məcbur olmasının yeganə səbəbi onlar üçün alternativin olmamasıdır. Oralar hazırda dağıntı yığınıdır. Demək olar ki, bütün binalar çöküb. Beton qalıqlarının altında yaşayırlar. Həmçinin Donald Tramp daha sonra bildirir ki, ABŞ Qəzzanı yenidən quracaq.
Dövlət başçısı bu açıqlamaları Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Təbii ki, İsrail üçün bu, pis variant sayılmır. Çünki uzun illərdir Qəzza zolağı israillilərlə fələstinlilər arasında rahatlığı pozan yerdir, münaqişə ocağıdır.
Lakin fələstinlilər yerli əhalidir. Onların köçürülməsi etnik təmizləmə sayılmayacaq?
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
