Türkiyə İsrailə qarşı hərəkətə keçir? | Hakan Fidan Netanyahunun planını ifşa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Seçdiyi strategiya, xüsusən də işğal İsrailə heç vaxt təhlükəsizlik gətirməyəcək və mənfi nəticələr verəcək”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, həyata keçirdiyi təxribatlar hansısa taktiki məsələləri həll etsin, amma strateji müstəvidə dəyən ziyan bundan qat-qat ciddi olacaq.
H.Fidanın fikrincə, İsraildə iki əsas siyasi istiqamət var. Birincinin tərəfdarları region ölkələri ilə qarşılıqlı hörmət əsasında münasibətlər qurmağa, ikincisi isə qonşularını zəiflədərək yəhudi dövlətinin təhlükəsizliyini qorumağa çalışır.
“İsrailin hazırkı Baş naziri Benyamin Netanyahu da məhz bu ikinci siyasi istiqamətə aiddir. Biz bu taktikanın əvvəllər dəfələrlə istifadə edildiyini görmüşük və heç vaxt İsrailin özünün və ya bütün regionun xeyrinə olmayıb, lakin bir çox problemlərə səbəb olub”, ‒ deyə Hakan Fidan əlavə edib.
#Hakan Fidan teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR
