Pleyeri seçin:

Türkiyə mediasını silkələyən xəbərin detalları | 14-cü mərtəbədə görün nələr yerləşirmiş

09 aprel 2025 700 baxış

CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun “gizli baş müşaviri” kimi tanınan Rasim Bölücek haqqında yayılan məlumatlar Türkiyə mediasında və sosial şəbəkələrdə partlayış effekti yaradıb.

İddialara görə, CHP-nin heç bir deputatının belə xəbərdar olmadığı Baş Qərargah binasının 14-cü mərtəbəsində xüsusi otaq Rasim Bölücek üçün təsis olunub. Bu mərtəbənin mövcudluğundan partiyanın tanınmış simaları belə xəbərsiz olub.

CHP üzvü Oktay Gökdemir öz çıxışında bildirib:

“Biz elə bilirdik ki, CHP-nin Baş Qərargahı 13 mərtəbəlidir. Amma məlum olub ki, gizli bir 14-cü mərtəbə də var və orada Rasim Bölücek yerləşirdi”.

O.Gökdemirə görə, K.Kılıçdaroğlunun bütün çıxışlarını yazan, onun danışıq strategiyasını hazırlayan bu şəxs partiyanın daxilində “kölgə lider” kimi fəaliyyət göstərib. Daha da sensasiyalı iddia isə budur ki, R.Bölücek CHP-də çalışan zaman rəsmi olaraq ABŞ-nin Nyu-York şəhərində qeydiyyatda olub və 15 iyul hadisələrindən sonra Amerikaya köçüb.

İddialar bununla bitmir. Keçmiş MİT əməkdaşı Enver Altaylı ilə Rasim Bölücek arasında 1159 dəfə telefon danışığı olduğu ortaya çıxıb.

Xatırladaq ki, E.Altaylı FETÖ və CIA ilə əlaqələrə görə həbs edilmişdi.

Bununla yanaşı, K.Kılıçdaroğlunun 15 iyul hadisələrini “kontrollü çevriliş” adlandırmasının da ideya müəllifi məhz Rasim Bölücek olduğu deyilir.

R.Bölücek eyni zamanda Mansur Yavaş tərəfindən də dəstəklənərək Ankara Böyükşəhər Bələdiyyəsinə bağlı “Metropol” şirkətinin İdarə Heyətinə daxil edilib.

CHP-nin keçmiş sözçüsü Tuncay Özkan daha da təəccüblü açıqlama ilə çıxış edib:

“CHP-nin içində, amma partiyadan kənarda olan gizli bir qərar mərkəzi var. Biz belə kim olduqlarını bilmirik. K.Kılıçdaroğlu o qərarları alıb mərkəzi idarə heyətinə gətirirdi”.

Bu iddialar partiyanın daxilində “Gladyo” tipli gizli strukturun formalaşdığı, FETÖ-nün də bu sistemin əsas elementlərindən biri olduğu ehtimalını gündəmə gətirib.

Rusiya Litvanı nüvə silahı ilə vurmağa hazırlaşır? - Baku TV CANLI

Rusiya Litvanı nüvə silahı ilə vurmağa hazırlaşır? - Baku TV CANLI

Dünya
11 sentyabr 2026 700 baxış
Fələstin, Suriya, Hörmüz: Türkiyə eyni anda üç cəbhədə oyun qurur? - AKTUAL GÜNDƏM

Fələstin, Suriya, Hörmüz: Türkiyə eyni anda üç cəbhədə oyun qurur? - AKTUAL GÜNDƏM

Dünya
11 sentyabr 2026 700 baxış
Keçmiş general Netanyahunun arvadından 843 min dollar tələb edir

Keçmiş general Netanyahunun arvadından 843 min dollar tələb edir

Dünya
11 sentyabr 2026 700 baxış
Kiyevlə Ottava 100 illik bəyannamə imzalayıb

Kiyevlə Ottava 100 illik bəyannamə imzalayıb

Dünya
11 sentyabr 2026 700 baxış
“Sənəd qanunsuz və texniki baxımdan əsassızdır” | Möhsün Rezayi

“Sənəd qanunsuz və texniki baxımdan əsassızdır” | Möhsün Rezayi

Dünya
11 sentyabr 2026 700 baxış
Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?

Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?

Dünya
11 sentyabr 2026 700 baxış
Kramatorska hücum zamanı azı 22 nəfər xəsarət alıb

Kramatorska hücum zamanı azı 22 nəfər xəsarət alıb

Dünya
11 sentyabr 2026 700 baxış
Qida borusunun xərçəng riski üç dəfəyədək arta bilər

Qida borusunun xərçəng riski üç dəfəyədək arta bilər

Dünya
11 sentyabr 2026 700 baxış
“İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj

“İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj

Dünya
11 sentyabr 2026 700 baxış
Hörmüz boğazında yalnız humanitar yardımla bağlı keçidə icazə verilib

Hörmüz boğazında yalnız humanitar yardımla bağlı keçidə icazə verilib

Dünya
11 sentyabr 2026 700 baxış
Seçilmişlər
icon