Türkiyə və Ermənistan arasında əlaqələrin qurulması müsbət haldır | Paşinyan
Yeniliklərdən dərhal xəbərdar olun
“Sosial media istifadəçiləri arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən kontent Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş vaxtı çəkilən fotomdur”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə KİV-inə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə və Ermənistan nümayəndələri arasında əlaqələrin qurulması müsbət haldır.
“Bu, ilk baxışda sadə görünə bilər, amma əslində, olduqca simvolikdir. İki ölkə təmsilçiləri arasında əvvəllər mənfi reaksiyalara səbəb olan görüşlər artıq psixoloji baryerləri aşıb. Düzdür, bu, hələ ticarət kimi vacib məsələlərə siraət etməyib, lakin mühüm hadisədir. Prosesin uğursuz olacağını demək üçün tezdir”, ‒ deyə erməni Baş nazir bildirib.
Paşinyan qeyd edib ki, tərəflər arasında normallaşma prosesi daha üç ay, altı ay və ya bir il gecikə bilər.
“Amma fikrimcə, bu, yalnız zaman məsələsidir və səbirli olmalıyıq. Bu mövzuda bəyanatlar ölkə daxilində birmənalı qarşılanmır”, – deyə Baş nazir əlavə edib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
