Pleyeri seçin:
Türkiyənin Qırmızı dənizdəki yük gəmisinə raket zərbəsi endirildi | Yəmən bəyanat yaydı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Qırmızı dənizdə üzən Türkiyənin “Anadolu S” yük daşıyan gəmisinə raket zərbəsi endiriblər.
Bu barədə qiyamçıların yaratdığı Silahlı Qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
Hərəkatın sözçüsü husilərə məxsus “Əl-Məsirə” telekanalında bəyan edib ki, Yəmən donanması əməliyyat keçirərək Qırmızı dənizdə olan “Anadolu S” gəmisinə bir neçə ballistik və gəmi əleyhinə raketlərlə hücum edib. Gəmidə 10-u türk olmaqla ümumilikdə 22 nəfər olub.
Qeyd edək ki, İstanbulda yerləşən “Oras Shipping” şirkətinə məxsus “Anadolu S” Panama bayrağı altında üzür.
Kopyalandı
#Ənsar Allah hərəkatı teqi istifadə olunub
- Husilərdən Türkiyə və Pakistana xəbərdarlıq
- Ər-Riyadın mümkün cavabı regionda qarşıdurmanı daha da dərinləşdirə bilər
- Moha limanında husilərlə hökumət qüvvələri arasında qarşıdurma baş verib - Baku TV
- Yəmən ordusunun hökumət qüvvələri husilərə qarşı yeni hərbi əməliyyat həyata keçirib - Baku TV
- Husilər Səudiyyə Ərəbistanı hərbçilərinə zərbələr endirib
