Ukrayna ən dəyərli sərvətini itirdi | Müharibə barədə sensasiyalı məlumatlar
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələrinin tərkibində kifayət qədər təlim keçmiş mütəxəssislərin olmaması müasir Qərb silahlarının bu ölkəyə verilməsinin müsbət təsirini inkar edir.
Bu barədə “EU Reporter” məlumat yayıb.
“Ukrayna müharibə zamanı ən qiymətli sərvətini – elit kadrlarını itirdi. Bu, pessimist düşüncə yaradır. Ukraynanın onları effektiv şəkildə inteqrasiya etmək və yerləşdirmək imkanı yoxdursa, heç bir pul və ya müasir hərbi resurslar qələbəni təmin edə bilməz”, – məqalədə izah edilir.
Məqalə müəllifləri vurğulayırlar ki, maliyyə investisiyaları və qabaqcıl texnologiyalar onlardan döyüş şəraitində səmərəli istifadə etmək imkanı olmadan qələbəyə zəmanət vermir.
Müəlliflərin fikrincə, bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin silah tədarükünün artırılması ilə bağlı davamlı çağırışları Ukrayna hərbçiləri arasında əhəmiyyətli itkilər fonunda şübhəli görünür.
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Moskvanın narahatlığı artır | NATO generalları 8 ildən sonra Kiyevə niyə gedib? - Baku TV
- Ötən sutkada 245 döyüş toqquşması baş verib
- Ukrayna gecə hücuma keçdi | Rusiyaya ağır zərbə endirildi - Baku TV
- İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV
