Pleyeri seçin:

Ukrayna hansı sazişi imzalamaqdan imtina edib? | Türkiyəli ekspertdən sensasiyalı açıqlama

05 mart 2025 377 baxış

Türkiyənin vasitəçilik etməklə bağlı fikri var, amma nə Rusiya, nə də ABŞ tərəfindən qarşılıq görür. Yalnız Ukrayna danışıqların Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilməsini istəyir. Amma burada başqa bir problem də var.

Bu sözləri “Axar.az”a türkiyəli ekspert Engin Özər Rusiya-Ukrayna münaqişəsində Ankaranın vasitəçilik rolu ilə bağlı danışarkən deyib.

Ekspertin sözlərinə görə, görüşlərin Türkiyədə baş tutacağını demək çətindir:

“Birincisi, İstanbul görüşlərində razılaşma mətni hazırlanmışdı, lakin Ukrayna tərəfi birtərəfli qaydada həmin sazişi imzalamaqdan imtina etmişdi. Nəticədə, Türkiyənin səyləri boşa çıxmışdı. Bu səbəbdən hazırkı şəraitdə bu görüşlərin Türkiyədə keçirilməsi real görünmür. Böyük ehtimalla görüşlər Səudiyyə Ərəbistanında davam edəcək”.

Engin Özər qeyd edib ki, Türkiyə münaqişə başa çatdıqdan sonra da proseslərə fəal qoşulmaq niyyətindədir:

“Bundan əlavə, Türkiyənin sülhməramlı qüvvə olaraq müharibədən sonra mövcud sərhədi qorumaq üçün əraziyə hərbi qüvvə göndərməsi gündəmdədir. Lakin Türkiyə təkbaşına ordu göndərməz. Yalnız Avropa Birliyi orduları ilə birlikdə və ya BMT-nin nəzarəti altında bu prosesdə iştirak edə bilər.

Türkiyənin təkbaşına ora daxil olması mümkün deyil. Bu qədər böyük sayda əsgərin göndərilməsi texniki baxımdan qeyri-mümkündür və Türkiyə belə bir riski üzərinə götürməz”.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 377 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 377 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 377 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 377 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 377 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 377 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 377 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 377 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 377 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 377 baxış
Seçilmişlər
icon