Pleyeri seçin:

Ukrayna kapitulyasiyaya imza atacaq? | Kiyev sakinləri son baş verənlərdən danışdı

21 noyabr 2024 414 baxış

Ukraynada hazırda ən aktual mövzulardan biri yeni səfərbərlik dalğasıdır.

Ordu veteranı, tanınmış vəkil Masi Nayemin “Ukrayna iki ay ərzində 160 min insanı səfərbər etməsə, kapitulyasiyaya imza atmalı olacaq” açıqlaması vəziyyəti daha da gərginləşdirib.

Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Fedor Venislavski Baku TV-yə bildirib ki, mövcud vəziyyətə baxmayaraq, səfərbərliklə bağlı qanunvericilik sənədində yenilik gözlənilmir.

“Ukrayna parlamenti səfərbərliyin təkmilləşdirilməsi ilə bağlı qanun layihəsi qəbul edib. Bu qanun yaxşı effekt verib. Düşünürəm ki, indi məsələ hərbi rəhbərliyin səlahiyyətindədir. Onlar parlamentin verdiyi imkanlardan istifadə edərək lazımi qədər şəxsi heyət səfərbər edə bilərlər. İlin sonuna qədər 160 000 nəfərin səfərbər olunması məlumatı inanmıram ki, həqiqəti əks etdirsin. Şübhəsiz ki, proses intensiv xarakter daşıyacaq, lakin hansısa kəskin dəyişikliklər barədə danışmaq hələ tezdir. Biz məlum qanunu qəbul edərkən ölkənin hərbi rəhbərliyinin bütün istəklərini nəzərə almışıq”, – o qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatçılar Şurasının sədri İvan Timoçko isə bildirib ki, əslində problemin kökü başqa yerdədir:

“Bu qədər insanı səfərbər etmək üçün ordunun silahlanması və təchiz edilməsi mütləqdir. Maddi-texniki təchizatın yükünü artırmaq lazımdır ki, burada kompleks tədbirlər həyata keçirilsin. Ukraynada əhalinin ümumi hazırlığını, ibtidai və peşə hərbi hazırlığını aparmaq lazımdır. Çatışmayan cəhətimiz budur”.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 414 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 414 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 414 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 414 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 414 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 414 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 414 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 414 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 414 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 414 baxış
Seçilmişlər
icon