Ukrayna Ordusu yeni silahlarla güclənir | Zelenski ruslara gözdağı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri və ölkənin hərbi-sənaye kompleksi nümayəndələri yeni “Ruta” raketinin uğurlu sınaqlarını keçiriblər.
Bu barədə Prezident Volodimir Zelenski Boris Paton adına Ukrayna Milli Mükafatının təqdimetmə mərasimində bildirib.
Ukrayna lideri həmçinin vurğulayıb ki, 2024-cü ilin avqustunda ilk dəfə döyüş şəraitində istifadə edilən yeni uzaqmənzilli “Palyanitsya” raket-dronu seriyalı istehsala buraxılıb.
“Raket-dron “Peklo” da ilk döyüş sınaqlarını uğurla keçib. Bu günlərdə Müdafiə Qüvvələrimizə ilk partiyanı təhvil verdik. Uzaqmənzilli “Neptun” isə tezliklə işğalçılar üçün dəhşətli reallığa çevriləcək”, – deyən Zelenski əlavə edib ki, Ukraynaya ədalətli sülh gətirəcək olan budur.
Qeyd edək ki, “Ruta”nın əsas üstünlüyü – aşağı qiymət, faydalı yük ölçüsü və yüksək sürət bu raketi çoxsaylı missiyaların yerinə yetirilməsi üçün ideal vasitəyə çevirir.
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Moskvanın narahatlığı artır | NATO generalları 8 ildən sonra Kiyevə niyə gedib? - Baku TV
- Ötən sutkada 245 döyüş toqquşması baş verib
- Ukrayna gecə hücuma keçdi | Rusiyaya ağır zərbə endirildi - Baku TV
- İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV
