Ukrayna PUA-ları Rusiyanı hədəfə aldı | PUA hücumunun detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna silahlı qüvvələri Rusiya ərazisini atəşə tutmaqda davam edir.
Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, martın 18-dən 19-na keçən gecə hava hücumundan müdafiə qüvvələri tərəfindən federasiya ərazisində Ukraynaya məxsus 57 PUA vurulub.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov isə teleqram kanalında paylaşım edərək vurğulayıb ki, son sutka ərzində Ukrayna tərəfindən vilayətə 64 PUA atılıb.
Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, avtomobil və avtobuslar yararsız hala düşüb, 4 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, PUA hücumu ilə bağlı Nijni Novqorod, Kazan və Nijnekamsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Kazan və Nijni Novqorod hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, − deyə məlumatda deyilir.
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Moskvanın narahatlığı artır | NATO generalları 8 ildən sonra Kiyevə niyə gedib? - Baku TV
- Ötən sutkada 245 döyüş toqquşması baş verib
- Ukrayna gecə hücuma keçdi | Rusiyaya ağır zərbə endirildi - Baku TV
- İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV
