Pleyeri seçin:
Ukrayna PUA-larla Belqoroda zərbələr endirdi | Ölən və yaralananlar var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətini iyulun 25-də yenidən atəşə tutub.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib. Bildirilib ki, hadisə nəticəsində bir nəfər ölüb, azı iki nəfər isə yaralanıb.
Onun sözlərinə görə, təcili yardım briqadası ünvana çatana qədər xəsarət alan şəxs vəfat edib. Bundan əlavə, fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.
Qubernator onu da bildirib ki, vilayətə 11 PUA atılıb, onlardan 10-u zərərsizləşdirilib.
Bu arada, Ukrayna Silahlı Qüvvələri Şebekinski şəhərinə də dronlarla hücum edib. İlkin məlumata görə, itki yoxdur.
Kopyalandı
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Moskvanın narahatlığı artır | NATO generalları 8 ildən sonra Kiyevə niyə gedib? - Baku TV
- Ötən sutkada 245 döyüş toqquşması baş verib
- Ukrayna gecə hücuma keçdi | Rusiyaya ağır zərbə endirildi - Baku TV
- İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV
