Ukrayna-Rusiya müharibəsindən əziyyət çəkən azərbaycanlıların sayı
Ukraynada müharibə səbəbindən yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub.
“Report”un Şərqi Avropa bürosunun apardığı özəl araşdırma nəticəsində məlum olub ki, ölkə üzrə Rusiyanın başladığı müharibənin ilk günündən indiyə qədər təxminən 60 azərbaycanlı ailənin evi tamamilə dağıdılıb və yaxud ciddi zərər çəkib.
Onlardan təqribən 30-u Donetsk vilayətinin payına düşür ki, bundan da 20-yə yaxını vilayətin Mariupol şəhərində olub. Dağılan evlərdən təqribən 20-si Xerson və Nikolayev vilayətlərində olan həmyerlilərimizin mülkləridir. Qalanı isə digər vilayətlərdə dağıdılan evlərdir.
Qeyd edək ki, bu, rəsmi statistika deyil, “Report”un Şərqi Avropa bürosunun müstəqil araşdırmasının gəldiyi nəticədir. Bu səbəbdən say daha artıq ola bilər.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
- Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs
- Ukrayna sülh sazişi üçün ərazi güzəştlərinə getməli olacaqmı? - Baku TV
- Sülh yolunda əsas maneə: Ukraynanın təhlükəsizliyinə kim zəmanət verəcək? - Baku TV CANLI
- Rusiya tərəfi Ukraynaya 252 meyitin təhvil verildiyini bildirib və Kiyevin itkilərinə dair yeni rəqəmlər paylayıb
