Ukraynadakı sadə atəşkəs münaqişəni həll edə bilər? | Makrondan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynadakı sadə atəşkəs münaqişəni həll etməyəcək. Ərazi məsələlərini həll edəcək, təhlükəsizliyə zəmanət verəcək və Ukraynanın uzunmüddətli iqtisadi, sosial və siyasi sabitliyinə şərait yaradacaq hərtərəfli sülh lazımdır.
Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Yaxın tarix bizə göstərdi ki, təkcə atəşkəs əldə olunanda Rusiya buna əməl etmir. Bundan əlavə, Ukrayna ona aid olan bütün müzakirələrdə iştirak etməlidir. Bu gün ABŞ-nin NATO-dan çıxmaq istədiyini düşünürəmmi? Yox. Onların NATO-dan çıxmasını arzuolunan hesab edirəmmi? Yox.
Hesab edirəm ki, NATO bu gün həmişəkindən daha faydalıdır. NATO faydalı alyans olaraq qalır, çünki o, bir sıra Avropa ölkəsinin təhlükəsizliyinin açarıdır. Rusiya avropalılar üçün ekzistensial təhlükə yaradır. Rusiyanın hazırda həyata keçirdiyi ciddi silahlanma ABŞ-nin mövqeyindən asılı olmayaraq avropalıları reaksiya verməyə sövq etməlidir.
Təkcə ordunu deyil, həm də Avropa müdafiəsinin sənaye və texnoloji bazasını gücləndirmək niyyətindəyik”, – o bildirib. E.Makron Vladimir Putinin zəng edəcəyi təqdirdə onunla hər an telefonla danışmağa hazır olduğunu deyib.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
