Ukraynadan Rusiyaya dağıdıcı zərbə | Hücumun detalları açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri avqustun 15-i səhər saatlarında Rusiyanın Ryazan şəhərinin Şilovski rayonunda yerləşən "Elastik" zavodunun barıt sexinə PUA ilə hücum edib. Hadisə nəticəsində partlayış baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Xidmətindən məlumat verilib.
Məlumata görə, partlayışın ardınca da yanğın olub. Nəticədə, 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Xəsarətalanlar dərhal xəstəxanaya çatdırılıb.
Hadisə barədə məlumat paylaşan Rusiyanın məşhur “Baza” “Telegram” kanalında bildirilib ki, yaralılardan 10-nun vəziyyəti ağırdır.
Bununla yanaşı, dağıntılar altında da insanların olduğu deyilir. 100-dən çox insan zavoddan təxliyə edilib. Hadisənin başqa təfərrüatı barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, barıt sexinin özünün binası da tamamilə dağılıb.
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Moskvanın narahatlığı artır | NATO generalları 8 ildən sonra Kiyevə niyə gedib? - Baku TV
- Ötən sutkada 245 döyüş toqquşması baş verib
- Ukrayna gecə hücuma keçdi | Rusiyaya ağır zərbə endirildi - Baku TV
- İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV
