Ukraynanın birinci xanımı ABŞ-nin dəvətindən niyə imtina etdi?
Ukrayna Prezidentinin həyat yoldaşı Yelena Zelenskaya martın 7-də ABŞ Prezidenti Cozef Baydenin Senat və Nümayəndələr Palatasında illik çıxışında iştirak etmək dəvətindən imtina edib.
Ölkənin “The Washington Post” nəşrinin yaydığı məlumata görə, Zelenskayanın Aleksey Navalnının həyat yoldaşı Yuliyanın yanında oturacağı planlaşdırılıb. Bu isə ukraynalılar arasında diskomforta səbəb olub. Buna səbəb isə Navalnının Krımla bağlı açıqlamalarının ölkə vətəndaşlarının narazılığı ilə qarşılanması olub.
Bundan əlavə, Ukraynanın birinci xanımı insanlarda ölkəsinin Cozef Baydenlə çox yaxın əlaqəsinin olduğu təsəvvürünü yaratmaqdan çəkinib.
Məlumatda bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin rəsmi Kiyevə hərbi yardım göstərməsi məsələsinin daha da siyasiləşdirilməsini istəmir.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə çıxışı zamanı ABŞ liderinin Ukraynanın birinci xanımı Yuliyaya dəvət ünvanladığını, lakin onun iştirak edə bilməyəcəyini bildirib.
#ABŞ teqi istifadə olunub
- Özəl sektor üçün dollarla bağlı əməliyyatlar risk altına düşüb
- İranla İraqın razılaşması uçuşlara necə təsir etdi?
- ABŞ ilə güclü əlaqələrin Avropa üçün vacibliyi vurğulanır, enerji xərcləri gündəmdədir
- ABŞ Kanada məhsullarına qadağa qoyub, iki ölkə arasında ticarət gərginliyi artır
- Sensasiyalı iddia: Rusiya Avropada təxribat planını necə gücləndirib? - Baku TV
