Ukraynanın müharibəyə son qoymağı üçün nəyə ehtiyacı var? | Mark Rutteden açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya-Ukrayna müharibəsini yekunlaşdırmaq üçün Vladimir Putin danışıqlar masasına oturmalıdır, Rusiyanı təmsil edən hansısa tarixçi yox”.
Bunu NATO-nun Baş katibi Mark Rutte bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin “müharibəyə son qoymaq üçün Rusiyaya qarşı əlavə uzaqmənzilli raketlərə ehtiyac olacaq” fikrinə münasibət bildirən M.Rutte əlavə edib:
“Biz V.Putinlə danışmalıyıq. Müharibəni, doğrudan da, bitirmək istəyən, danışıqlarda maraqlı olan Rusiya lazımdır. Mən düşünürəm ki, buna nail olana qədər Ukrayna güclü qalmalı və müharibəni davam etdirməlidir”.
Bununla yanaşı, NATO-nun Baş katibi Britaniya hökumətinə müdafiə xərclərini artırmağı tövsiyə edib:
“Əgər indi hərəkətə keçməsək, üç, dörd və ya beş ildən sonra təhlükə ilə üzləşə bilərik. O zaman siz rus dilini öyrənməli olacaqsınız”.
Qeyd edək ki, bundan əvvəl NATO-nun Baş katibi digər Alyans üzvlərinə Ukraynanın müdafiə xərclərini artırmağı təklif edib.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
