Ukraynaya dağıdıcı silahlar göndərilir | Rusiyanı silkələyəcək hücuma hazırlıq gedir?
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Ukraynaya silah yardımını bərpa edə bilər. Bu, Ukrayna və ABŞ-dən olan vəzifəli şəxslərin görüşündən sonra dəqiqləşəcək”.
“Politico”da yayılan məlumatda o da bildirilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Ukraynanın müdafiə naziri Rustem Umerovla iyulun 10-u və 11-də Romada iki görüş keçirəcək.
Ukraynaya göndəriləcək silah-sursat arasında “Hellfire” raketləri üçün minlərlə mərmi, “Patriot” sistemləri üçün raket və dronlar var.
Məlumatı ABŞ-nin Müdafiə Nazirliyi də təsdiqləyib.
Pentaqonun spikeri Şon Parnell bildirib ki, Donald Trampın göstərişi ilə dayanıqlı sülhə nail olmaq, ölümləri dayandırmaq və ukraynalıların özlərini müdafiə edə bilmələrini təmin etmək üçün Ukraynaya əlavə müdafiə silahları göndərir.
Bundan əvvəl Donald Tramp ABŞ-nin Ukraynaya silah tədarükünü davam etdirəcəyini bildirib.
#ABŞ teqi istifadə olunub
- Ukrayna danışıqları arxa plana keçə bilər
- Vaşinqton və Avropanın Moskva ilə bağlı fərqli yanaşmaları
- Hərbi əməliyyatlar nə vaxt başlaya bilər? - “İran sərt cavab verməli olacaq” - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
