Pleyeri seçin:

Vaşinqtonun hansı addımları İsraili məyus etdi?

12 may 2026 470 baxış

İsrail ABŞ-nin Hörmüz boğazında İrana hərbi təzyiqi azaltmaq qərarından təəccüblənib.

Bu barədə “Al-Monitor” diplomatik mənbələrə istinadla məlumat yayıb. Mənbə bildirib ki, Vaşinqtonun bu addımları İsraildə məyusluq yaradıb.

Portala görə, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-nin İranla bağlı bütün addımlarını Təl-Əvivlə əlaqələndirdiyini bildirsə də, iki ölkə arasında bununla bağlı fikir ayrılığından irəli gələn narazılıq var.

Qeyd olunub ki, ABŞ Hörmüz boğazı ətrafındakı vəziyyətlə əlaqədar İrana qarşı hərbi təzyiqin azaldılması barədə İsraili əvvəlcədən xəbərdar etməyib.

“Al-Monitor”un məlumatına görə, İsrail ABŞ-dən İrana qarşı hərbi əməliyyatların bərpasını gözləyir. Təl-Əviv Vaşinqton və Tehran arasında davam edən danışıqlar fonunda ABŞ-nin İsrailin maraqlarını nəzərə almadan münaqişəni həll edəcəyindən və Tehranın nüvə və ballistik raket proqramları ilə bağlı məsələləri arxa plana atacağından ehtiyat edir. İsrail buna görə də ABŞ-yə təzyiq göstərməyə və İranla Hörmüz boğazındakı vəziyyətlə məhdudlaşmayan əhatəli razılaşmada israr etməyə davam etmək niyyətindədir.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 470 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 470 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 470 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 470 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 470 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 470 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 470 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 470 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 470 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 470 baxış
Seçilmişlər
icon