Vatikanda Tramp və Zelenskinin gözlənilməz görüşünün detalları | Heç bir sözə ehtiyac yoxdur...
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da Papa Fransiskin dəfn mərasimi ərəfəsində ABŞ Prezidenti Donald Tramp ilə Vatikanda görüşüb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkə hesabında paylaşım edərək məlumatı təsdiqləyib.
“Bu tarixi görüşün əhəmiyyətini təsvir etmək üçün heç bir sözə ehtiyac yoxdur”, – deyə o qeyd edib.
A.Sibiqa iki liderin Vatikanın Müqəddəs Pyotr Bazilikasında sülh uğrunda bir araya gəldiyini vurğulayıb.
Görüş haqqında jurnalistlərə açıqlama verən Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov isə bildirib ki, görüş 15 dəqiqə davam edib. Volodimir Zelenski və Donald Tramp danışıqları davam etdirməyə razılaşıblar. Məlumata görə, komandalar görüşün davamının təşkili üzərində işləyirlər.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
