Vladimir Solovyov NATO ölkələrini nüvə zərbələri ilə hədələdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı jurnalist Vladimir Solovyov NATO ölkələrini nüvə zərbələri ilə hədələyib.
O bu barədə “Rossiya” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunun canlı yayımı zamanı danışıb.
“Artıq Rusiyanın Fransa və Rumıniya ərazisinə taktiki nüvə silahı ilə zərbə endirmək üçün tutarlı səbəbləri var. F-16-lar nüvə başlıqları daşıya bilir. Hazırda Rumıniyada bu F-16-ların bazası üçün yerlər var. Onlar Rusiya ərazisinə doğru qalxsalar, bu hədəfləri yerindəcə vurmalıyıq.
Gözləməməliyik ki, sərhədlərimizi pozsunlar, Kursk və ya Sankt-Peterburqu vursunlar. NATO ölkələrində yerləşən bu qanuni hərbi hədəflər məhv edilməlidir. Qərb qorxu hiss etməlidir. Fransa və Rumıniyadakı Rusiya üçün təhlükə yaradan hərbi bazalara taktiki nüvə raketləri ilə zərbələr endirilməlidir”, – o bildirib.
#Vladimir Solovyov teqi istifadə olunub
- Tarixi həqiqətləri danan Solovyov Azərbaycana niyə qara yaxmaqla məşğuldur? - Baku TV
- Rusiya səfiri Solovyovun Melonini təhqir etməsinə görə İtaliya XİN-ə çağırıldı
- Rusiyalı jurnalistə qarşı sui-qəsd cəhdi ilə bağlı detallar məlum oldu - ANA XƏBƏR
- Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər
- “Kiyevdəki körpülərin məhv edilməsi üçün...” | Solovyovun məqsədi nədir?
