Pleyeri seçin:

Vuçiç Serbiyadakı iğtişaşlarla bağlı təcili iclas çağırdı

25 dekabr 2023 396 baxış

Serbiyanı kütləvi etiraz aksiyaları bürüyüb.

Belə ki, paytaxt Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları növbəti etiraz mitinqinə toplaşıblar.

Onlar şəhərin əsas Kralya Milan küçəsini bağlayıblar. Müxalifət tərəfdarları seçki komissiyasının binasından şəhər administrasiyasının əsas girişinə doğru hərəkət ediblər.

Qeyd olunub ki, nümayişçilər binaya basqın etməyə çalışıblar. Onlar qapını sökmək üçün bayraq dirəklərindən istifadə edib, həmçinin pəncərələri və müşahidə kameralarını sındırıblar.

Nümayişlərlə bağlı Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciət edib.

O bildirib ki, Serbiya xüsusi xidmət orqanları iğtişaşların hazırlanması barədə əvvəlcədən məlumat alıb: “Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir. Biz bir neçə gündür ki, xarici faktorla, baş verənlərlə bağlı xəbərdarlıq edirik. Çoxları özlərini sadəlövh kimi göstərdilər və baş verənləri eşitmək və ya görmək istəmədilər. Tam olaraq nə hazırlandığını bildiklərini və vaxtında cavab verən və hücum edənlərin nə planlaşdırdıqlarını dəqiq bilən kəşfiyyat xidmətlərimizə məlumat verən xarici xidmətlərə təşəkkür edirik”.

A.Vuçiç həmçinin paytaxt Belqrad şəhərində baş verən nümayişlər fonunda Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI

Köhnə qitədə yeni savaş anonsu | Moskvanın növbəti hədəfi Avropadır? - BAKU TV CANLI

Dünya
24 sentyabr 2026 396 baxış
Ərdoğandan Afinaya mesaj

Ərdoğandan Afinaya mesaj

Dünya
24 sentyabr 2026 396 baxış
Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI

Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI

Dünya
24 sentyabr 2026 396 baxış
Brüssel İrəvanın Avropa bazarına çıxışını asanlaşdıracaq güzəştləri təsdiqləyib - ANA XƏBƏR

Brüssel İrəvanın Avropa bazarına çıxışını asanlaşdıracaq güzəştləri təsdiqləyib - ANA XƏBƏR

Dünya
24 sentyabr 2026 396 baxış
Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI

Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI

Dünya
24 sentyabr 2026 396 baxış
Duman və buludlar dağlıq ərazilərdə qeyri-adi mənzərə formalaşdırıb

Duman və buludlar dağlıq ərazilərdə qeyri-adi mənzərə formalaşdırıb

Dünya
24 sentyabr 2026 396 baxış
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəziyyətin ağırlaşdığını bildirir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəziyyətin ağırlaşdığını bildirir

Dünya
24 sentyabr 2026 396 baxış
Yaxın Şərqdəki münaqişə beynəlxalq səyahət tələbinə təsir göstərir

Yaxın Şərqdəki münaqişə beynəlxalq səyahət tələbinə təsir göstərir

Dünya
24 sentyabr 2026 396 baxış
İran rəsmisi Trampın Tehrana qarşı siyasətini tənqid edib

İran rəsmisi Trampın Tehrana qarşı siyasətini tənqid edib

Dünya
24 sentyabr 2026 396 baxış
Ankara və Bağdad arasında təhlükəsizlik və əməkdaşlıq mövzuları müzakirə edilib

Ankara və Bağdad arasında təhlükəsizlik və əməkdaşlıq mövzuları müzakirə edilib

Dünya
24 sentyabr 2026 396 baxış
Seçilmişlər
icon