Xamenei ilk dəfə xalqa müraciət etdi | Münaqişə nə zaman bitəcək? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Xarici güclərin ölkəni parçalamaq cəhdlərinin qarşısını aldıq”.
Bunu İranın yeni Ali Rəhbəri Müctəba Hüseyni Xamenei xalqa ilk müraciətində bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanmasından mütləq təzyiq vasitəsi kimi istifadə edilməlidir.
Müctəba Hüseyni Xamenei bəyan edib ki, qonşu ölkələrlə dostluğa inanır, amma ABŞ-nin hərbi bazaları oralarda bağlanmalıdır. Əks halda, onlara hücumlar davam etdiriləcək.
Ölkənin ali lideri qeyd edib ki, İran tərəfi maliyyə zərərinə görə kompensasiya tələb edir:
“Biz rəqibdən kompensasiya tələb edəcəyik və əgər o imtina etsə, əmlakından lazım bildiyimiz qədər götürəcəyik. Əgər bu, mümkün olmasa, onun əmlakının eyni miqdarını məhv edəcəyik”.
Müctəba Hüseyni Xamenei həmçinin münaqişənin davam edəcəyi təqdirdə “yeni cəbhələr açacağını” da vəd edib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
