Pleyeri seçin:

Xamenei ölüb, yoxsa...? | İran 14 hərbi bazaya hücum edib - Baku TV

01 mart 2026 370 baxış

İndiyədək regionda 14 ABŞ hərbi bazasına hücum edilib.

“Tasnim” agentliyinin məlumatına görə, ABŞ bəzi ölkələrdə birdən çox hərbi bazaya malikdir və İranın həyata keçirdiyi raket və PUA hücumları hər bir ölkədə yalnız bir baza ilə məhdudlaşmayıb.

Bundan başqa, Qətərdəki ABŞ hərbi bazasında edilən dron hücumunda ABŞ-yə məxsus “AN/FPS-132” erkən xəbərdarlıq radarı SEPAH tərəfindən məhv edilib. Qətər Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, sözügedən radar ABŞ-nin raketdən müdafiə şəbəkəsinin bir hissəsidir və “Əl-Üdeyd” aviabazasında yerləşir. O, uzaqmənzilli raket buraxılışlarını aşkar etmək və izləmək üçün nəzərdə tutulub. Radarın qiymətinin 1,1 milyard dollar olduğu ehtimal edilir.

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ali lideri və Prezidentinin ölüm xəbərinə münasibət bildirib.

A.Əraqçi “NBC News”a bildirib ki, Ayətullah Əli Xamenei və Prezident Məsud Pezeşkian hər ikisi də sağdır.

XİN rəhbəri İran Ordusunun bir və ya iki komandirini itirmiş ola biləcəyini deyib və əlavə edib ki, bu, böyük problem deyil:

“Onlar bizə hücum edərkən sadəcə oturub seyr edə bilmərik. Biz də özünü müdafiə məqsədilə Amerika bazalarına zərbələr endiririk”.

O, ABŞ Administrasiyasının niyə danışıqlara başlamaqda israr etdiyini və sonra İrana hücum etdiyini anlamadığını qeyd edib.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 370 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 370 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 370 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 370 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 370 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 370 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 370 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 370 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 370 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 370 baxış
Seçilmişlər
icon