Xarkov və Dnepropetrovskun bəzi yaşayış məntəqələri ələ keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, Ukraynadakı hərbi əməliyyatlar çərçivəsində Rusiya ordusu bir neçə istiqamətdə irəliləyiş əldə edib. Bildirilir ki, "Qərb" hərbi qruplaşmasının həyata keçirdiyi əməliyyatlar nəticəsində Xarkov vilayətində yerləşən Tixoe və Pesçannoe yaşayış məntəqələri tam nəzarətə götürülüb.
Eyni zamanda, Dnepropetrovsk vilayətində yerləşən Privolye qəsəbəsinin də Rusiya qüvvələri tərəfindən ələ keçirildiyi vurğulanır. Xəbərdə həmçinin oktyabrın 15-də Alekseyevka və Novopavlovka məntəqələrinin də nəzarətə alındığı xatırladılır.
Videomaterialda diqqət çəkən digər bir məqam isə Krım üzərində baş verən insidentdir. Məlumata görə, oktyabrın 17-nə keçən gecə Ukrayna dronlarının hücumunun qarşısını almağa çalışan Rusiya Hava Hücumundan Müdafiə sistemi səhvən özünə məxsus Su-30 qırıcı təyyarəsini vurub.
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Moskvanın narahatlığı artır | NATO generalları 8 ildən sonra Kiyevə niyə gedib? - Baku TV
- Ötən sutkada 245 döyüş toqquşması baş verib
- Ukrayna gecə hücuma keçdi | Rusiyaya ağır zərbə endirildi - Baku TV
- İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV
