Pleyeri seçin:

Yanukoviçin oğlu Ukraynadan oğurlanan kömürlə milyardlar qazanır? | Sensasiyalı iddia

04 fevral 2025 416 baxış

Ukraynanın işğal altındakı ərazilərindən çıxarılan kömürün ən böyük ixracatçısının Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr olduğu məlum olub.

Bu barədə Rusiyanın “Vajnıe istorii” nəşri məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Ukraynadan oğurlanan kömür xarici ölkələrə göndərilir, əldə edilən pullar isə ofşor hesablarına köçürülür.

Qeyd olunub ki, V.Yanukoviçin oğlu ilə yaxın əlaqəsi olan “Energoresurs” şirkəti Rostov-na-Donu şəhərinin kənarında köhnə bir binada qeydiyyatdan keçib və son iki il ərzində təxminən yarım milyon ton kömür ixrac edib.

Məlum olub ki, şirkətin rəsmi sahibi kömür bazarının iştirakçısı olmayan Aleksey İvanovdur. Lakin o, 2016-cı ildən etibarən Aleksandr Yanukoviçlə əlaqəli müxtəlif hüquqi şirkətlərdə çalışır. Jurnalistlər “Energoresurs”un direktoru Pavel Zemlyakovun da V.Yanukoviçin strukturları ilə əlaqəli olduğunu düşünürlər.

Məqalədə bildirilir ki, gömrük bəyannamələrində “rus” olaraq qeyd olunan kömür işğal olunmuş Donbas ərazisindəki mədənlərdən çıxarılır. Kömür çıxarıldıqdan sonra V.Yanukoviçin oğlu ilə əlaqəli strukturlar tərəfindən xaricə göndərilir.

Məlum olub ki, 2023-2024-cü illərdə rəsmi olaraq Uspenskaya və qonşu Qukovo stansiyası vasitəsilə xaricə təxminən yarım milyon ton kömür ixrac edilib. Gəlir Vircin Adalarındakı ofşor hesablara göndərilib.

Nəşr yazır ki, 2022-ci ildən əvvəl “Energoresurs”un kömür göndərdiyi ölkələr arasında Bolqarıstan, Estoniya, Çexiya və Rumıniya yer alırdı. Lakin Rusiya tərəfindən Ukraynaya genişmiqyaslı hücumdan sonra Avropa İttifaqı Rusiyadan kömür alışını qadağan edib. Hazırda isə “Energoresurs”un kömürü əsasən Türkiyəyə göndərilir. 2021-2023-cü illər ərzində şirkət 3,5 milyard rubl gəlir əldə edib.

Banner
“Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın” | Kreml

“Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın” | Kreml

Dünya
14 noyabr 2026 416 baxış
Şaxta babalar üçün təlimlərə start verilib

Şaxta babalar üçün təlimlərə start verilib

Dünya
14 noyabr 2026 416 baxış
“Qoz və fındıq gümrahlıq baxımından qəhvəyə alternativ hesab olunmur” | Diyetoloq

“Qoz və fındıq gümrahlıq baxımından qəhvəyə alternativ hesab olunmur” | Diyetoloq

Dünya
14 noyabr 2026 416 baxış
Qaraboyunlu durnalar qışlamaq üçün qoruğa üz tutub

Qaraboyunlu durnalar qışlamaq üçün qoruğa üz tutub

Dünya
14 noyabr 2026 416 baxış
ABŞ maliyyə naziri təhlükəsizlik səbəbindən hərbi bazaya köçüb

ABŞ maliyyə naziri təhlükəsizlik səbəbindən hərbi bazaya köçüb

Dünya
14 noyabr 2026 416 baxış
Atəşkəs razılaşmasına beynəlxalq nəzarət variantı müzakirə olunur

Atəşkəs razılaşmasına beynəlxalq nəzarət variantı müzakirə olunur

Dünya
14 noyabr 2026 416 baxış
Rubio: "Qələbə onların nüvə silahına sahib olmamasını təmin etməkdir"

Rubio: "Qələbə onların nüvə silahına sahib olmamasını təmin etməkdir"

Dünya
14 noyabr 2026 416 baxış
Ərdoğan və Qətər Əmiri hansı mühüm sazişlərə imza atdılar? - Baku TV

Ərdoğan və Qətər Əmiri hansı mühüm sazişlərə imza atdılar? - Baku TV

Dünya
14 noyabr 2026 416 baxış
Türkiyə və Qətər arasında hansı mühüm razılaşma əldə olundu? - Baku TV CANLI

Türkiyə və Qətər arasında hansı mühüm razılaşma əldə olundu? - Baku TV CANLI

Dünya
14 noyabr 2026 416 baxış
130-dan çox sərnişinin olduğu gəmi dəhşətli qəzaya uğradı - Baku TV

130-dan çox sərnişinin olduğu gəmi dəhşətli qəzaya uğradı - Baku TV

Dünya
14 noyabr 2026 416 baxış
Seçilmişlər
icon