Yaponiya ilə Çin arasında gərginlik artır
Yeniliklərdən dərhal xəbərdar olun
"Çinin faktlarla ziddiyət təşkil edən iddiaları qəbuledilməzdir. Yaponiya hökuməti öz mövqeyinə sadiq qalaraq bu iddiaları qətiyyətlə təkzib etməlidir. Yaponiyanın BMT-dəki daimi nümayəndəsi mövqeyimiz əks olunan məktubu təşkilatın Baş katibi Antonio Quterreşə göndərib. Biz problem və təhdidləri minimuma endirmək, əməkdaşlıq etmək istəyirik. Situasiyanı diqqətdə saxlayaraq müvafiq qərarlar verəcəyik. Yaponiya Çinlə müxtəlif formalı dialoqlara açıqdır".
Bu sözləri Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kixara deyib.
Qeyd edək ki, Minoru Kixaranın bəhs etdiyi məktub Çinin oxşar addımına cavab olaraq hazırlanıb. Çünki Pekin BMT-yə ünvanladığı məktubda Yaponiyanın Baş naziri Sanae Takaiçinin çıxışını Tayvana hərbi müdaxilə cəhdi kimi təsvir edib.
Xatırladaq ki, Yaponiyanın ilk qadın Baş naziri Çinin Tayvana hücum edəcəyi təqdirdə Tokionun sərt reaksiyası ilə üzləşəcəyini bildirib.
Bu arada, Sanae Takaiçi Çinlə gərginlik fonunda ABŞ Prezidenti Donald Trampa zəng vurub.
"Trampın Yaponiyaya son səfərindən sonra yaranmış beynəlxalq vəziyyətə görə, ABŞ ilə sıx əməkdaşlığın aparılacağı dəqiqləşib. Prezident Tramp mənə dedi ki, yaxın dostuq və ona istənilən vaxt zəng edə bilərəm. Bizim danışıqların təfərrüatı diplomatik sirr olduğu üçün bu barədə susmağa üstünlük verirəm", ‒ Sanae Takaiçi vurğulayıb.
Həmçinin bildirək ki, Çinlə diplomatik münaqişədən sonra Yaponiyanın Baş naziri ABŞ Prezidenti ilə ilk dəfə telefonla danışıb. Əsas müzakirə mövzusu isə Çinin Tayvan ətrafında yarada biləcəyi təhdidlər olub.
#Yaponiya teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- 27 yaşlı qadın qul kimi neçəyə satılıb?
- Sorğu yarana biləcək sağlamlıq riskləri ilə bağlıdır
- Tokio ilə Moskva arasında xaos | Gərginlik niyə alovlandı? - Baku TV CANLI
- Təbii fəlakət yaponların həyatını alt-üst etdi - Baku TV CANLI
