Pleyeri seçin:

Yaponiyanın Baş naziri narahatlıqlarını dilə gətirdi | Sürpriz qonaqdan gözlənilməz istəklər

11 fevral 2025 289 baxış

Yaponiyanın Baş naziri Siqeru İsiba İsrailin Baş naziri Benyamin Netanyahunun ardınca Ağ Evi ziyafət edən ikinci qonaq oldu.

Gündoğar ölkənin hökumət başçısının tələsik şəkildə Prezident Trampı ziyafət etməsinin bir neçə səbəbi var.

Donald Trampın bir çox ölkəni, həmçinin müttəfiqlərini belə hədəfə alması yapon hökumətini ciddi şəkildə narahat edir. Yaponiya iqtisadiyyatı hazırda çox kövrəkdir. Çinin həyata keçirdiyi iqtisadi siyasət Yaponiyanı öz coğrafiyasında çətin vəziyyətə salıb. Buna görə də Tokio vəziyyətdən çıxmaq üçün ABŞ ilə yaxınlaşmağa çalışır.

2024-cü ildə iki ölkə ortaq ticarət dövriyyəsində 56 milyard dollar müsbət ticarət balansına nail olub. S.İsiba bu rəqəmi daha da artırmaq istəyir. Amma bununla belə, Yaponiyada Trampın onlara qarşı da sanksiya tətbiq edəcəyinə dair qorxu var.

ABŞ-nin dövlət başçısı ilk prezidentliyi dövründə Yaponiya avtomobillərinə və polad sənayesinə 25 faizlik rüsum tətbiq etmişdi. Yapon hökuməti bu hadisənin yenidən yaşanmasını istəmir.

Baş naziri Ağ Evə gətirən daha bir səbəb isə Çinin bölgədə hərbi cəhətdən güclənməsinin qarşısını almaqdır. Tokio Vaşinqtondan Sakit və Hind okeanlarında hərbi fəaliyyətini artırmasını istəyir.

Son zamanlar Çin Rusiya ilə birlikdə Yaponiya sahillərində hərbi təlimlər keçirir, adalara yaxınlaşır. Yaponiya təkbaşına onların qarşısını ala bilməz. Siqeru İsiba Donald Trampdan həm Yaponiyanın hərbi cəhətdən gücləndirilməsini, həm də ABŞ-nin bölgədə hərbi aktivliyini artırmasını istəyir. Yapon hökuməti Trampın siyasi xəttini anladığı üçün eyni zamanda ABŞ-də müəyyən layihələr həyata keçirməyi nəzərdə tutur. Məsələn, Yaponiyanın “SoftBank Group” telekommunikasiya nəhəngi yaxın 4 ildə ABŞ-yə 100 milyard dollar yatırım etməyi planlaşdırıb.

Bundan başqa, “Japan Times” nəşrinin məlumatına görə, Yaponiya ABŞ-dən sıxılmış qaz idxalını artıracaq. Digər tərəfdən Siqeru İsiba Alyaska üzərindən qaz boru xəttinin tikintisinə 44 milyard dollar yatırım etməyə hazır olduğunu da bildirib. Tokio ABŞ-nin Yaponiyadakı hərbi bazalarının maliyyəsini artıracaq. Tokio bütün bu addımları ona görə atmağa hazırdır ki, Ağ Evin yeni sahibi gündoğar ölkə ilə strateji tərəfdaşlıqdan imtina etməsin. Yaponiyanın ABŞ-nin müttəfiqliyinə ehtiyacı var.

Londonda 2 min illik mədəniyyət nümayiş olunur

Londonda 2 min illik mədəniyyət nümayiş olunur

Dünya
03 oktyabr 2026 289 baxış
Zelenski Putinin açıqlamasına münasibət bildirdi

Zelenski Putinin açıqlamasına münasibət bildirdi

Dünya
03 oktyabr 2026 289 baxış
"Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski

"Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski

Dünya
03 oktyabr 2026 289 baxış
Yan Roose 160 metrlik xətt üzərində hərəkət etdi

Yan Roose 160 metrlik xətt üzərində hərəkət etdi

Dünya
03 oktyabr 2026 289 baxış
Meksikanın Ölülər Gününün simvolu Kaliforniyada

Meksikanın Ölülər Gününün simvolu Kaliforniyada

Dünya
03 oktyabr 2026 289 baxış
"Charlie" Mars missiyasına hazırlaşır

"Charlie" Mars missiyasına hazırlaşır

Dünya
03 oktyabr 2026 289 baxış
"ABŞ və İran arasındakı danışıqlar dalana dirənib" | "Axios"

"ABŞ və İran arasındakı danışıqlar dalana dirənib" | "Axios"

Dünya
03 oktyabr 2026 289 baxış
"Düşmən ölkələrin gəmiləri boğazdan keçməyəcək" | Həsən Qaşqavi

"Düşmən ölkələrin gəmiləri boğazdan keçməyəcək" | Həsən Qaşqavi

Dünya
03 oktyabr 2026 289 baxış
Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar

Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar

Dünya
03 oktyabr 2026 289 baxış
100 milyon barel neft və dizel ehtiyatından istifadə ediləcək

100 milyon barel neft və dizel ehtiyatından istifadə ediləcək

Dünya
03 oktyabr 2026 289 baxış
Seçilmişlər
icon