Yaxın Şərqdə gərginlik artır | ABŞ-nin əsl məqsədi nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS ABŞ Prezidenti Cozef Baydenin Qəzzada atəşkəslə bağlı verdiyi açıqlamasına reaksiya verib.
Hərbi qruplaşma Ağ Ev rəhbərinin yaxın günlərdə tərəflər arasında müvəqqəti razılaşmanın əldə olunması barəsində səsləndirdiyi fikirləri təkzib edib və İsraillə danışıqlarda müsbət yöndə irəliləyişin olmadığını vurğulayıb.
HƏMAS-ın sözçüsü Basem Naimin sözlərinə görə, qruplaşma Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra rəsmi Təl-Əvivdən yeni atəşkəs təklifi almayıb.
Qruplaşmanın daha bir rəsmisi isə vurğulayıb ki, danışıqlarla bağlı iddialar HƏMAS-ın regiondakı mövqeyini yumşaltması üçün ona təzyiq etmək məqsədi daşıyır.
“Biz mediada yayılan iddialarla maraqlanmırıq, çünki sözügedən təklif bizim tələblərimizə cavab vermir”, – deyə o əlavə edib.
Ağ Ev rəhbərinin sözügedən açıqlamasına İsrailin Baş naziri Benyamin Netanyahudan da reaksiya gecikməyib.
“Münaqişə başlayan gündən bəri mən ölkəmə dəstək toplaya bilmək üçün öz kampaniyamı həyata keçirirəm. Biz kifayət qədər uğur da əldə etmişik. Harvard Universitetinin apardığı sorğunun nəticələrinə görə, ABŞ əhalisinin 82%-i bizim yanımızdadır. Bu isə o deməkdir ki, təxminən hər 5 ABŞ vətəndaşından 4-ü İsraili dəstəkləyir”, – o bildirib.
Yeri gəlmişkən, Cozef Baydenin açıqlamasına tərəflər arasında danışıqlarda vasitəçilik edən Qətər də səssiz qalmayıb. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü də İsraillə HƏMAS arasında görüşlərin keçirildiyini və atəşkəslə bağlı müzakirələrin aparıldığını qeyd edib. Lakin sözçü razılaşmanın hansı tarixdə reallaşacağı barədə dəqiq informasiya verməkdən imtina edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
