Yaxın Şərqdə gərginlik: HƏMAS-a qarşı çox genişmiqyaslı hücumlar olacaq!
Yeniliklərdən dərhal xəbərdar olun
“Fələstinin silahlı HƏMAS qruplaşmasının onlarla israillinin ölümü, yüzlərlə yaralı və ya əsir götürülməsi ilə nəticələnən misli görünməmiş hərbi hücumu İsrail Ordusu və kəşfiyyat xidmətindəki “qarışıqlıq” səbəbindən baş verib”.
Bu fikrin müəllifi İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Çak Freylixdir.
“Qəzzaya cavabdeh olan bölmənin qərargahı işğal olunub, orada xaos hökm sürür və buna görə də bütün cavab tədbirləri təxirə salınıb”, – deyə ekspert qeyd edib.
2000-ci illərin əvvəllərində milli təhlükəsizlik müşaviri vəzifəsində çalışan və hazırda Təl-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun professoru olan Freylix HƏMAS-ın ələ keçirdiyi kəndlərin hamısının geri qaytarılacağına inandığını ifadə edib.
“Bunun ardınca HƏMAS-a qarşı çox genişmiqyaslı hücumlar olacaq. Lakin əsas məqsədin Qəzzanın tamamilə tutulması, HƏMAS-ın devrilməsi, yoxsa onlara çox sərt zərbələr endirilməsi olacağını zaman göstərəcək”, – deyə Çak Freylix bildirib.
Təhlükəsizlik analitiki və “Le Beck International” adlı risklərin idarə edilməsi firmasının kəşfiyyat rəhbəri Maykl Horovitzin sözlərinə görə, çoxlu girov götürmə insidentləri hələ də davam edir və bir sıra ərazilər HƏMAS-ın nəzarəti altındadır.
“Bu o deməkdir ki, biz hələ hücumun miqyasını, ölənlərin və girovların sayını bilmirik”, – deyə Horovitz vurğulayıb.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
