Yəmən beynəlxalq koalisiya yaratmağa çağırıb
Yəmənin xarici işlər nazirinin müavini Mustafa Noman husilərin təhdidləri fonunda Bab-əl-Məndəb boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün regional və beynəlxalq koalisiyanın yaradılmasına çağırıb.
O bu barədə "Al Araby Al Jadeed" telekanalına müsahibəsində danışıb.
"Bab-əl-Məndəb boğazı Yəmənin ərazi sularında yerləşir və boğazda təhlükəsiz gəmiçiliyi təmin etmək üçün koalisiya yaratmaq lazımdır", – deyə o bildirib.
Mustafa Noman qeyd edib ki, Qırmızı dəniz və Bab-əl-Məndəb boğazının təhlükəsizliyi təkcə Yəmənin deyil, həm də beynəlxalq ictimaiyyətin problemidir və birgə fəaliyyət tələb edir.
O qeyd edib ki, İranın dəstəklədiyi husilər hərəkatının dəniz gəmiçiliyini pozmaq təhdidləri, o cümlədən boğazdan keçən gəmilər üçün rüsumların tətbiq oluna biləcəyi barədə səsləndirilən bəyanatlar İranın Hörmüz boğazındakı yanaşmasını xatırladır.
Yəmən xarici işlər nazirinin müavininin sözlərinə görə, husilər Bab-əl-Məndəb üzərində birbaşa nəzarət qurmaq üçün hərbi dəniz imkanlarına malik deyillər, lakin pilotsuz uçuş aparatları və raketlərin köməyi ilə gəmiçiliyə mane ola bilərlər.
#Yəmən teqi istifadə olunub
- Husilərdən Türkiyə və Pakistana xəbərdarlıq
- Yəməndə vəziyyət gərgin olaraq qalır | Böhran hərbi meydandan iqtisadi sferaya keçir - ANA XƏBƏR
- Ər-Riyadın mümkün cavabı regionda qarşıdurmanı daha da dərinləşdirə bilər
- Yəməndə yeni gərginlik mərhələsi başlayıb | Bölgədə yeni humanitar böhran hökm sürür - Baku TV CANLI
- Yəməndə husilərlə hökumət qüvvələri arasında döyüşlər yenidən şiddətlənib - Baku TV CANLI
