Yəməndə vəziyyət qarışdı | Qırmızı dənizdə ABŞ gəmisi vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
Yəməndə “Ənsarallah” qruplaşması Qırmızı dənizdə İsrail limanlarına doğru hərəkət edən ABŞ-nin ticarət gəmisini vurduqlarını açıqlayıb.
Bu barədə husilərin sözçüsü Yəhya Sariye məlumat verib. Bildirib ki, koalisiyanın hücumlarına cavab verməkdən heç zaman çəkinməyəcəklər.
“Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə İsrail limanlarına yaxınlaşmaq istəyən ABŞ-yə məxsus ticarət gəmisinə qarşı hərbi əməliyyat həyata keçirib. Liberiya bayrağı altında üzən KOİ gəmisi dəqiq raket zərbələrimizlə vurulub. Bu əməliyyat bizim Qırmızı dənizdə olan ABŞ-nin hərbi gəmisini vurmağımızdan bir neçə saat sonra reallaşıb. Bu zərbələrimiz də birbaşa və dəqiq icra olunub. Yəmənin silahlı qüvvələri ABŞ və Britaniyanın hücumlarına hücumla cavab verəcək, geniş və keyfiyyətli hərbi əməliyyatlar keçirməkdən çəkinməyəcək. Bu bəyanat bir daha Qırmızı və Ərəbistan dənizlərində koalisiyaya məxsus bütün gəmilərin ordumuz üçün qanuni hədəf olduğunu təsdiqləyir”, – deyə o əlavə edib.
Bu arada, ABŞ və Böyük Britaniyanın Silahlı Qüvvələri Yəməndə “Ənsarallah” hərəkatının hədəflərinə yenidən zərbələr endirib. Bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, eyni adlı əyalətin inzibati mərkəzi olan Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb. Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
