Yəmənə silsilə zərbələr endirildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və Böyük Britaniya Yəmənin husilərin nəzarətində olan ərazilərinə gecə boyu silsilə zərbələr endirib.
Bu barədə hərəkata məxsus “Əl Masirah” telekanalı məlumat yayıb.
Bildirilib ki, koalisiya qüvvələri tərəfindən Damar, Taiz, Hodeyda və Əl-Bayda əyalətlərinə ard-arda hücumlar edilib. ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı da məlumatı təsdiqləyib. Qeyd olunub ki, ölkənin Hərbi Dəniz Qüvvələri husilərin 14 raket buraxılış qurğusunu hədəf alıb.
Pentaqonun sözçüsü Patrik Rayder də məsələyə aydınlıq gətirərək bildirib ki, bu hadisədə husilər özləri günahkardırlar:
"Husilər özlərindən soruşmalıdırlar ki, bu qeyri-qanuni, ehtiyatsız və təhlükəli hücumlar fonunda öz imkanlarının nə qədər aşağı salınmasını və məhv edilməsini istəyirlər? Vurğulayım ki, bütün bunlar ABŞ-yə aid deyil.
Bu, dünya ölkələrinin ticarətin 10-15%-nin tranzit keçdiyi Qırmızı dənizdə su yolu ilə təhlükəsiz şəkildə ticarət etməsi məsələsidir. Bizim diqqətimiz də məhz buna yönəlib. Biz sözügedən hücumların qarşısını almaq üçün beynəlxalq ictimaiyyətlə sıx işləməyə davam edəcəyik”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
