Yəmənin vurulmasında ABŞ-nin əli var? - İrandan aranı qarışdıracaq açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Hərbi Hava Qüvvələrinin Yəmənə endirdiyi aviazərbələr nəticəsində azı 9 nəfər ölüb.
Bu barədə “The Times of Israel” məlumat yayıb. Bildirilib ki, İsrail müdafiə qüvvələri dekabrın 19-u səhər saatlarında uzaqmənzilli “Arrow” ballistik raketlərdən istifadə etməklə Yəmənə hücum edib.
Hadisə nəticəsində paytaxt Sənaya ciddi ziyanın dəydiyi vurğulanıb. Şəhərdəki Həziz Elektrik Stansiyasında güclü yanğın baş verib.
Digər məlumatda isə bildirilib ki, Es-Salif liman şəhərinə edilən hava hücumu zamanı 7 nəfər ölüb. Daha iki nəfər Əl-Hodeyda əyalətinin Ras-İsa bölgəsindəki neft obyektinə edilən hava hücumu nəticəsində həlak olub. İsrail ordusu qiyamçılara məxsus obyektlərə, o cümlədən limanlara və Sənadakı enerji infrastrukturlarına hava zərbələri endirdiyini təsdiqləyib.
İran Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı yaydığı açıqlamasında bildirib ki, İsrailin Yəmənə təcavüzü ABŞ tərəfindən dəstəklənir, Vaşinqton bu cinayətə şərikdir.
#Yəmən teqi istifadə olunub
- "Saudi Aramco" və hava limanları vuruldu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Səudiyyə Ərəbistanının aviasiyası tərəfindən Yəmənə hücumlar həyata keçirilib - Baku TV CANLI
- ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma yenidən şiddətlənib - Baku TV CANLI
