Pleyeri seçin:

“Yeni hücumların qarşısını almaq üçün...” | Hakan Fidandan açıqlama

01 dekabr 2025 465 baxış

“Hər bir ölkənin milli təhlükəsizliyini qorumaq hüququ və öhdəliyi var. Buna görə hazırda müzakirə edilən sülh sazişi yalnız Ukraynadakı müharibəni sona çatdırmaq üçün deyil, həm də bütün Avropa üçün davamlı sabitlik yaratmaq baxımından çox önəmlidir”.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Rusiyanın 2029-cu ildə NATO ölkələrinə hücum edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Bu kontekstdə Avropanın təhlükəsizliyinin necə təmin edilə biləcəyi baxımından təklif olunan sazişin bəzi bəndlərini yaxından nəzərdən keçirməliyik. Mən bunu yeni hücumların qarşısını almaq üçün tarixi bir fürsət kimi görürəm.

Belə bir saziş bir tərəfin hər hansı səbəbdən digərinə hücum etməyəcəyinə dair açıq öhdəlikləri ehtiva etməlidir. Bu barədə razılıq əldə olunsa, bölgədə 50-60-70 il və ya daha uzun müddət sülh təmin edilə bilər.

Bir müddət əvvəl Vilnüsdə oldum, orada NATO-nun şərq qanadındakı ölkələrindən bir çox insanla danışdım. Orada Moskvanın sözünə etibar edilmir. Putin də Ukraynaya hücum etməyəcəyini bəyan etmişdi. Sülh sazişi, öz təhlükəsizlik tədbirlərindən imtina etmək demək deyil. Avropalılar da, ruslar da bunu etməyəcək, əksinə, fərqli ssenarilərə qarşı hazırlıqlarını davam etdirəcəklər. NATO da bunu edəcək. Sülhün nə qədər davam edəcəyini zaman göstərəcək. Amma Rusiya da iqtisadi-sosial baxımdan zərər çəkir və sazişdən fayda görəcək”, – o vurğulayıb.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 465 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 465 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 465 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 465 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 465 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 465 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 465 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 465 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 465 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 465 baxış
Seçilmişlər
icon