Yüzlərlə ölü var | Qəzzada atəşkəs pozuldu, ara qarışdı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında istehkam quran HƏMAS hərəkatına məxsus hədəflərə zərbələr endirib.
Belə bir bəyanatla İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi çıxış edib.
Xəbərdə hərbi əməliyyatların təfərrüatları açıqlanmasa da, Fələstin tərəfinin yaydığı məlumatda bildirilib ki, İsrailin hücumu nəticəsində azı 342 nəfər həlak olub, xeyli sayda yaralı var.
Mövcud hadisədən sonra isə İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciət edərək “biz atəşkəsi pozmadıq, şərtlərə əməl etməyən HƏMAS yaraqlılarını cəzalandırdıq. Bu qərarı İsrailin müdafiə naziri İsrael Katzla birgə vermişik”, − deyə o bildirib.
İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri isə dünyaya səslənib:
“İsrail yenidən HƏMAS yaraqlılarına atəş açıb. Düşmənlərimiz bizdən mərhəmət gözləməsin. Bu, bir təmizləmə əməliyyatıdır. İsrail dayanmayacaq. Sonuna qədər mübarizəsini davam etdirəcək. Bütün əsirlərimiz geri qaytarılana qədər mübarizəmiz bitməyəcək”.
#İsrail Müdafiə Qüvvələri teqi istifadə olunub
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI
- İsrailin hərəkətlərinə Vaşinqtondan gözlənilməz reaksiya gəlib - Baku TV
- Məscid atəşə tutulub, ölən və yaralananlar var
