Pleyeri seçin:

Zaxarova Paşinyanı biabır etdi: Rusiya olmasaydı, siz indi...

27 oktyabr 2023 79 baxış

“Biz görürük ki, Qərb mediası sözün əsl mənasında rəsmi İrəvanın təmsilçiləri ilə razılaşıb və onlardan təxribat xarakterli suallara cavablar alıb. Bu yanaşma Moskva ilə İrəvan arasında çoxşaxəli əlaqələrə maksimum zərər vurmağa yönəlib. Təəssüflər olsun ki, indiki erməni reallıqlarında belə qızışdırmalar işləyir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Paşinyanın KTMT ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.

Zaxarova əlavə edib ki, Qərb mediası bizə də tez-tez təxribatçı suallar verirlər: “Amma biz Ermənistanla münasibətlərimizdə mövcud olan məsələləri ikitərəfli kanallar vasitəsilə həll edirik. Biz bu təxribat bakteriyasının böyüməsinə əsas vermirik”.

Zaxarova bildirib ki, Paşinyanın haqqında danışdığı müsahibədə Ermənistanın Rusiya ilə əlaqələrinin əhəmiyyətini azaltmağa, respublikanın və onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində Rusiya hərbçilərinin və sərhədçilərinin rolunu aşağılamağa cəhd edilir, onlar KTMT, Rusiya sülhməramlılarının səmərəliliyindən məyus olduqlarını bildirirlər. Amma unudurlar ki, 90-cı illərdən Cənubi Qafqazdakı ağır vəziyyət və İrəvanın qonşuları ilə qeyri-sabit münasibətləri nəzərə alınaraq Rusiya hərbi mövcudluğu və sərhədçilərinin mövcudluğu tələb olunurdu.

“102-ci Rusiya bazası erməni həmkarları ilə döyüş hazırlığını və ahəngdarlığı artırmaq üçün müntəzəm olaraq təlim tədbirləri keçirir. Sərhədçilərimiz Ermənistan-Türkiyə sərhədini qanunsuz keçmə cəhdlərinə qarşı mübarizə aparır, Ermənistan-İran sərhədində qaçaqmalçılığı dayandırır və 2020-ci ilin dekabr ayından etibarən Ermənistan-Azərbaycan sərhədlərində də monitorinqlər aparırlar. Qarabağdakı Rusiya sülhməramlılarına gəlincə, onlar olmasaydı, 2020-ci ilin payızından regionda vəziyyət İrəvan üçün daha dramatik ssenari üzrə inkişaf edə bilərdi”, – o bildirib.

Zaxarova onu da əlavə edib ki, Ermənistan rəhbərliyi monitorinq adı altında Rusiya və İrana qarşı kəşfiyyat məlumatları toplayan, eksklüziv olaraq Brüsselə hesabat verən Aİ missiyasını dəvət etmək qərarına gəlib.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 79 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 79 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 79 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 79 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 79 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 79 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 79 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 79 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 79 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 79 baxış
Seçilmişlər
icon