Zaxarova Qərb ölkələrinə od püskürdü | Niyyətləri ifşa edildi
“Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfərini və Moskvanın İrəvana təzyiq göstərməyə çalışması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
“Fransanın xarici işlər naziri Stefan Sejurne növbəti dəfə öz istedadsızlığını, tarixdən, ənənələrdən xəbərsizliyini nümayiş etdirib. Mənim fikrimcə, bu, Rusiyaya qarşı axmaqlıq, səfər etdiyi ölkəyə, Ermənistana qarşı isə hörmətsizlik idi. Amma digər tərəfdənmbiz qeyd edirik və dəfələrlə şərh etmişik ki, Qərb ölkələrinin Cənubi Qafqazda sülh yaratmaq istəyi yoxdur. Onlar yalnız toqquşdurmağa, qızışdırmağa, alçaltmağa, təhqir etməyə və dağıtmağa hazırdırlar”, – deyə M.Zaxarova qeyd edib.
O bildirib ki, erməni dostları da buna göz yumaraq susub:
“Biz isə belə yanaşmazdıq. Əgər kimsə dostlarımıza qarşı belə bir ifadə işlətsəydi, belələrini yerində oturtmağa fürsət tapardıq. Hazırda Ermənistan siyasəti Qərbin səyləri nəticəsində getdikcə daha çox anti-Rusiya yönündə irəliləyir”.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
