Pleyeri seçin:

Zaxarovadan açıqlama: Rusiyanın Ermənistanın sammitə qatılmamasına münasibəti

22 noyabr 2023 178 baxış

“Ermənistan hakimiyyətinin Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sammitində iştirak etməmək qərarı təəssüf doğursa da, qapılar açıqdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı deyib.

“Biz inanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına uyğundur və dost ölkənin təhlükəsizliyinin, sabitliyinin möhkəmlənməsinə töhfə versin.

Eyni zamanda biz anlayırıq ki, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və ya artıq razılaşdırılmış sənədlərin təsdiqinə mane olmaq niyyətində deyillər. Bu, İrəvan üçün açıq qapılar qoyur və Ermənistana gələcəkdə KTMT-nin fəaliyyətinə qoşulmağa imkan verir”, – o qeyd edib.

Mariya Zaxarova əlavə edib ki, Ermənistan xarici siyasət vektorunu kəskin dəyişmək niyyətini büruzə verir. O, Ermənistan rəhbərliyinin ölkənin siyasi xəttinin şaxələndirilməsi ilə bağlı bəyanatlarını əsl niyyətləri gizlətmək cəhdi adlandırıb:

“Ermənistanın xarici siyasət vektorunu dəyişmədən xarici siyasi xəttini şaxələndirməsini şərh etməyə bilmərəm. Aydındır ki, söhbət respublikanın xarici siyasət oriyentasiyasında köklü dəyişiklikdən gedir.

Bu isə çox aydın şəkildə Qərbin təklifi və ya təlqini ilə həyata keçirilir. Digər tərəfdən, onlar inanırlar ki, bu yolla həm yardımın, həm də xüsusi münasibətlərin əvvəlki səviyyəsini qoruyub saxlaya biləcəklər, hər cür yolla bunun üstünü örtməyə çalışırlar”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova əlavə edib ki, Moskva üçtərəfli bəyanatlar əsasında Bakı və İrəvan arasında münasibətlərin hərtərəfli normallaşması üzərində fəal çalışır.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 178 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 178 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 178 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 178 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 178 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 178 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 178 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 178 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 178 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 178 baxış
Seçilmişlər
icon