Pleyeri seçin:
Zelenskaya Navalnının həyat yoldaşından qaçdı?
Ukrayna Prezidenti Volodimir Zelenskinin arvadı Yelena Zelenskaya ABŞ Prezidenti Co Baydenin Konqresdəki çıxışında iştirak etmək üçün Ağ Evdən gələn dəvətdən imtina edib.
Bu barədə “Vaşinqton Post” öz mənbələrinə istinadən məlumat yayıb.
“Tədbir martın 7-də keçiriləcək. Ukraynanın imtinasına səbəb bu tədbirdə Aleksey Navalnının dul həyat yoldaşı Yuliya Navalnayanın mümkün iştirakı olub”, – məlumatda deyilir.
Mənbələr əlavə edib ki, Baydenin Konqresə müraciətinin təşkilatçıları ABŞ-nin birinci xanımı Cill Baydenin Navalnaya və Zelenskayanın yanında oturmasını planlaşdırıb.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Özəl sektor üçün dollarla bağlı əməliyyatlar risk altına düşüb
- İranla İraqın razılaşması uçuşlara necə təsir etdi?
- ABŞ ilə güclü əlaqələrin Avropa üçün vacibliyi vurğulanır, enerji xərcləri gündəmdədir
- ABŞ Kanada məhsullarına qadağa qoyub, iki ölkə arasında ticarət gərginliyi artır
- Sensasiyalı iddia: Rusiya Avropada təxribat planını necə gücləndirib? - Baku TV
