Pleyeri seçin:

Zelenski-Tramp görüşünün pərdəarxası detalları | Nələr müzakirə edildi?

30 aprel 2025 285 baxış

Roma Papası Fransiskin dəfn mərasimindən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskiyə ABŞ lideri Donald Trampın onunla görüşə hazır olduğuna dair “siqnallar” çatdırılıb.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Saytın yazdığına görə, V.Zelenskinin müşavirləri öncə çox narahat olublar. Hətta Oval kabinetdə baş verən mübahisədən sonra bəzi müşavirlər V.Zelenskiyə bununla bağlı narahatlıqlarını çatdırıblar.

Mənbələrin bildirdiyinə görə, əvvəlcədən konkret razılaşma olmayıb. Ancaq Vatikan ərazisinə daxil olduqdan sonra liderlər təsadüfən qarşılaşıblar və Müqəddəs Pyotr bazilikasında təkbətək görüş üçün bir yer tapıblar.

Görüş zamanı V.Zelenski D.Trampa bildirib ki, Vladimir Putin yalnız o halda geri çəkilə bilər ki, ABŞ Prezidenti ona daha güclü təzyiq göstərsin. D.Tramp isə cavabında, bəlkə də, V.Putinə yanaşma tərzini dəyişdirməli olacağını deyib.

Həmçinin V.Zelenski D.Trampdan sülh danışıqlarına başlanğıc nöqtəsi kimi əvvəllər irəli sürdüyü qeyd-şərtsiz atəşkəs təklifinə qayıtmağı xahiş edib. Bu təklifi Ukrayna qəbul etmiş, lakin Rusiya rədd etmişdi. D.Trampın cavabı bu ideyanı yenidən nəzərdən keçirməyə hazır olduğunu göstərib.

Görüşdə Volodimir Zelenski bir daha bəyan edib ki, Ukrayna Krımı Rusiya ərazisi kimi tanımır. D.Tramp isə açıq şəkildə bildirib ki, ondan belə bir tanınma tələb edilmir.

Planda ABŞ-nin hansısa tanınma aktı nəzərdə tutulur, lakin bu, Ukraynanı əhatə etmir. V.Zelenski vurğulayıb ki, müharibənin dayandırılması naminə müəyyən güzəştlərə getməkdən çəkinmir, lakin bunun üçün kifayət qədər etibarlı təhlükəsizlik zəmanətləri olmalıdır.

D.Tramp eyni zamanda ABŞ ilə Ukrayna arasında faydalı qazıntıların tədarükü üzrə sazişin mümkün qədər tez imzalanmasında israr edib.

“Axios”un yazdığına görə, bu görüşün əvvəlkilərə nisbətən daha müsbət atmosferdə keçməsinin mümkün səbəblərindən biri vitse-prezident Ceyms Devid Vens və Ağ Evin xüsusi elçisi Stiven Uitkoffun orada iştirak etməməsi olub. Ukraynalılar bu şəxsləri Rusiyanın mövqeyinə yaxın olmaqda ittiham edirlər. Görüşdən sonra V.Zelenski ilk dəfə olaraq D.Trampın V.Putinə münasibətini dəyişməyə nail olduğunu hiss etdiyini bildirib.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 285 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 285 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 285 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 285 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 285 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 285 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 285 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 285 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 285 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 285 baxış
Seçilmişlər
icon