Zelenskini məyus edəcək açıqlama | ABŞ bunu etsə, müharibə vaxtından əvvəl bitəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ NATO-nu tərk edərsə, Ukrayna münaqişəni uduzacaq”.
Bu barədə “Tribune de Genève” qəzetinə müsahibəsində isveçrəli deputat Jaklin De Kuatro bildirib.
“Avropa bu hərbi dəstəyin çatışmazlığını aradan qaldıra bilməyəcək”, – deyə deputat izah edib.
J.Kuatro həmçinin bildirib ki, İsveçrə Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsindən narahatdır, çünki bu, ölkədəki geosiyasi vəziyyətə birbaşa təsir edir.
Bundan əvvəl, noyabrın 23-də “Bloomberg” xəbər vermişdi ki, ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası respublikaçı Tramp prezident seçkilərində qalib gəldikdən sonra Ukraynanı alyansa dəvət etmək imkanını nəzərdən keçirir.
Qeyd edilir ki, Bayden “qısa müddətdə uğur qazanma ehtimalının aşağı olduğunu” nəzərə alaraq bunu etməmək qərarına gəlib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
