Pleyeri seçin:
Abşeronda ağır yol qəzası | Ölən və yaralanan var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.
İlkin məlumata görə, motosiklet sürücüsü yolu keçmək istəyən piyadanı vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Motosikletin sürücüsü isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib ki, müvafiq çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 26 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kopyalandı
#Abşeron teqi istifadə olunub
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- "Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV
